Robert Prosineçki federasiyadan 800 min avro tələb edib?

10:14 - 10 Oktyabr 2017

Milli komandamızın baş məşqçisinin Robert Prosineçkinin adı Sloveniya yığması ilə hallanıb.

 

Sportal.az xəbər verir ki, bu barədə Sloveniya mətbuatı məlumatı yayıb. Həmkarlarımızın məlumatına görə, xorvatiyalı mütəxəssis Sloveniya Futbol Federasiyasında millini çalışdırmaq üçün illik 800 min avro əmək haqqı tələb edib. Bu xəbərə münasibət bildirən federasiya prezidenti Rade Miyatoviç həmin  məbləği ödəmək imkanında olmadıqlarını bildirib:

 

"Mən Prosineçkinin 800 min avro istədiyini bilmirəm. Amma federasiyasının maliyyə durumu elə də yaxşı deyil. Biz belə yüksək vəsaiti xərcləyə bilmərik".

Qeyd edək ki, Sloveniya millisi baş məşqçisi Sreçko Katanetslə yollarını ayırıb. 

Xəbər xətti