"Qarabağ"ın rəqibində ciddi itki

14:25 - 10 Oktyabr 2017

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Çelsi" ciddi itkiylə üzləşib.

 

Sportal.az xəbər verir ki, Fransa millisinin heyətində Bolqarıstana qarşı keçirilən görüşdə zədələnən Nqolo Kante 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

 

Yarımmüdafiəçi İngiltərə Premyer Liqasında "Kristal Pelas, "Uotford", "Bornmut"la matçları, Çempionlar Liqasında isə "Roma"ya qarşı oyunu buraxacaq.

Xəbər xətti