"Qarabağ" rəsmisi ECA-nın Yarış İşçi Qrupuna üzv seçildi

15:32 - 10 Oktyabr 2017

“Qarabağ”ın baş meneceri Asif Əsgərov Avropa Klublar Birliyinin (ECA) Yarış İşçi Qrupuna (Competition Working Group) Azərbaycandan üzvü seçilib.

 

Sportal.az xəbər verir ki, o, 49 namizəd arasından seçilən 6 nəfərdən biri olub.

 

Əsgərovdan başqa quruma “Real”dan Emilyo Butraqenyo, PAOK-dan Lübeş Mihel, “Qalatasaray”dan Cenk Ergün, “Yuventus”dan Ruzo Lombardo, “Malmö”dən Niklas Karlsson seçilib.

Xəbər xətti