Türkiyə Super Liqasında mübarizə aparan “Fənərbaxça”nın yayda rənglərinə bağladığı Luiş Neto Portuqaliya millsinin heyətindən çıxarıldı.
Sportal.az xəbər verir ki, Portuqaliya yığmasının baş məşqçi Fernando Santos DÇ-2018-in seçmə mərhələsi çərçivəsində İsveçrəyə qarşı keçiriləcək kritik matç üçün hazırladığı 23 nəfərlik heyətə Luiş Netodan başqa Bruno Fernandesi də daxil etməyib.
Xatırladaq ki, sonuncu dəfə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Andorraya qarşı keçirilən matça 29 yaşlı Neto start heyətində meydana çıxmışdı.
Tarix: 10 Oktyabr [20:51]
|
|
Müəllif: Sportal.az
|