Cenk Tosun üçün 22 milyon avro

21:18 - 10 Oktyabr 2017

İngiltərə Premyer Liqasında mübarizə aparan “Kristal Palas” “Beşiktaş”ın ulduz futbolçusu Cenk Tosunu heyətinə qatmaqda israrlıdı.

 

Sportal.az “The Sun” qəzetinə istinadən xəbər verir ki, İngiltərə təmsilçisi türkiyəli forvard üçün 22.4 milyon avro təklif göndərəcək.


Qeyd edək ki, yay transfer dönəminin son günlərində “Kristal Palas” 26 yaşlı oyunçu 12 milyon avroluq təklif göndərsə də, “qara qartallar”ın baş məşqçi Şenol Günəş transferin reallaşmasına əngəl olmuşdu.


Xatırladaq ki, Türkiyə millisinin üzvü keçən mövsüm “Beşiktaş” forması ilə 47 oyuna 24 qol vurmuşdu.

 

 

Xəbər xətti