Dario Srna: "Mən dopinq qəbul etməmişəm"

Ukraynanın “Şaxtyor” klubunun şərəfini qoruyan Dario Srna karyerası haqqında danışıb.


Sportal.az xəbər verir ki, Çempionlar Liqası çərçivəsində keçirilən “Şaxtyor” – “Napoli” qarşılaşmasından sonra keçdiyi dopinq testinin cavabı müsbət çıxan 35 yaşlı müdafiəçi:
“Yaxşıyam, yaxşı hiss edirəm. Sağlamlıq cəhətdən də güclü vəziyyətdəyəm. Xorvatiya mətbuatı çox yanımda dayanır və onlara xəyal qırıqlığı yaşatmayacam. İşin axırında bütün qürurumla təmiz çıxacam”.


Dopinq qəbul etmədiyini sübut edəcəyini deyən xorvat müdafiəçi: “Müdafiəmə köklənmişəm. Bu hadisələrdən sonra məşq etməmişəm. Atam öldükdən sonra dəfn yerinə getdim və daha sonra AVRO-2016-dakı oyunuma çıxdım. Daha sonra qazanmaq üçün hər şeyimi etmişdim. Mən heç vaxt dopinq qəbul etmərəm, etməmişəm də. Bunu sübut edəcəm”.

 

Tarix: 10 Oktyabr [22:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Oktyabr 2017
22  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio