“Kəpəz”ə iki futbolçu qoşuldu

00:16 - 11 Oktyabr 2017

Topaz Premyer Liqasının 8-ci turunda səfərdə “Zirə” ilə oynayacaq “Kəpəz” bu gündən qarşıdakı matçın hazırlığına start verib.

 

Sportal.az xəbər verir ki, Şahin Diniyevin çalışdırdığı kollektiv Bakıda, “Dalğa Arena”nın süni örtüklü meydançasında məşq edir.

 

“Sarı-göylər”in oktyabrın 11-i və 12-də olan məşqləri saat 11:00-da başlayacaq. “Kəpəz” oyun öncəsi son hazırlıq prosesini də eyni məkanda, amma fərqli saatda keçəcək. Belə ki, oktyabrın 13-nə təyin olunan məşq saat 17:00-da start götürəcək.

 

Qeyd edək ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətinə cəlb olunmuş İlyas Səfərzadə və İlkin Sadıqov artıq düşərgəyə dönüb. Hər iki futbolçu bu gün keçirilən məşqdə iştirak edib.

Xəbər xətti