Pley-off mərhələsinin iştirakçıları məlum oldu

01:44 - 11 Oktyabr 2017

DÇ-2018-in Avropa zonası üzrə pley-off mərhələsinin iştirakçıları müəyyənləşib. 

 

Sportal.az xəbər verir ki, qrup ikincilərindən İsveç, İsveçrə, Şimali İrlandiya, İrlandiya, Danimarka, İtaliya, Yunanıstan və Xorvatiya pley-offa mübarizə aparacaqlar. 

 

Slovekiya yığması isə qrup ikinciləri arasında ən pis göstəriciyə sahib olduğundan mundial uğrunda mübarizəni davam etdirmək şansını itirib. 

 

1-ci torba: İsveçrə, İtaliya, Xorvatiya, Danimarka
2-ci torba: Şimali İrlandiya, İsveç, İrlandiya, Yunanıstan.

Xəbər xətti