Messi het-trik etdi, Argentina mundiala vəsiqə qazandı VİDEO

10:16 - 11 Oktyabr 2017

DÇ-2018-in Cənubi Amerika üzrə seçmə mərhələsinin oyunlarına yekun vurulub.

 

Sportal.az xəbər verir ki, son turda Argentina Ekvadorun qonağı olub. Komanda Lionel Messinin het-triki sayəsində 3:1 hesabı ilə qalib gəlib. Bu qələbədən sonra Argentina 28 xalla turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib.

 

Beləliklə, Cənubi Amerika zonasından Braziliya, Uruqvay, Argentina və Kolumbiya mundialın finalına birbaşa vəsiqə qazanıb. Peru yığması isə "play-off"da noyabrda Yeni Zelandiya ilə qarşılaşacaq.

 

Ekvador – Argentina – 1:3
Qollar:
İbarra, 1 – Messi, 12, 20, 62

 

 

Xəbər xətti