“Araz” bu gün ilk oyununu keçirəcək

Futzal üzrə UEFA kubokunun əsas mərhələsində Azərbaycan çempionu “Araz” bu gün ilk oyununu keçirəcək.


Sportal.az xəbər verir ki, təmsilçimiz Bakı vaxtı ilə saat 17:30-da Rumıniyanın Deva şəhərindəki idman kompleksində Bosniya və Herseqovinanın “Mostar” komandası ilə qarşılaşacaq. 


Oyunu Tomasz Frak (Polşa), Kiril Naişouler (Finlandiya) və Şota Kukhilavadan (Gürcüstan) ibarət hakimlər briqadası idarə edəcək.


“Araz”ın heyətini diqqətinizə çatdırırıq:
1. Rövşən Hüseynli (q), 12. Emin Kürdov (q), 5. Qabriel Bastos, 6. Eduardo Borges, 15. Karvalho dos Santos, 10. Maykon da Silva, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev, 3. Teles Thaqo, 11. Xətai Bağırov, 17. İsa Atayev, 18. Ramil Quliyev, 9. Oktay Rüstəmli

 

Tarix: 11 Oktyabr [10:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Dekabr 2017
13  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio