Robert Prosineçki qərarını verdi MÜSAHİBƏ

10:27 - 11 Oktyabr 2017

Azərbaycan millisi ilə müqavilə müddəti başa çatan xorvatiyalı məşqçi Robert Prosineçki ölkəsinin mətbuatına müsahibə verib.

 

Sportal.az müsahibəni təqdim edir:

 

- Növbəti iş yeriniz Sloveniya millisidir?
- Mən dünən Almaniyadan dönmüşəm. Cəmi 12 saatdır ki, Zaqrebdəyəm. Bu xəbəri isə qəzetlərdən oxudum. Əgər Sloveniya millisi məni istəyirsə, zəng etsinlər danışaq. Amma indiyə qədər heç kim əlaqə saxlamayıb. Bu səbəbdən də heç nə deyə bilmərəm. 

 

- Azərbaycan yığmasından təklif var? Orada qalmaq ehtimalınız mövcuddur?
- Mən söylədim ki, yeni təkliflər haqqında düşünəcəm. Azərbaycana dönəcəm və oradakı bəzi işlərimi bitirəcəm. Amma böyük ehtimalla Azərbaycan yığmasında qalmayacam. 

 

- Xorvatiya yığmasında işləmək şansı?
- Zlatko Daliç qalmalıdır. O, Ukraynaya qarşı əla komanda çıxardı və pley-off-a vəsiqə qazandı. 

 

- Amma birbaşa vəsiqə əldə edilmədi?
- Məşqçiyə şans vermək lazımdır. Ukraynaya qarşı inamlı oyun göstərib pley-off-a getdilər. İndi dəyişiklik Daliç üçün haqsızlıq olar. Gözləmək lazımdır. Komanda pis vəziyyətdə deyil.

 

- Ukrayna - Xorvatiya matçını izlədiniz?
- Yox, yolda idim və televiziya vasitəsilə baxa bilmədim. Amma radioda dinlədim...

 

- Andrey Kramariç bu matçda iki qol vurdu...
- Onun oyunu bizi sevindirdi. İki qol vurdu və ilk qolu gözəl idi. Hücum xəttində oynamağı bacarırıq. Digər problemləri də həll etməliyik. Komandada ulduz futbolçular var və onlar böyük işlər görə bilərlər. Amma sonda nəticə önəmlidir. 

 

- Seçmə mərhələdə Azərbaycanın rəqiblərindən olan Şimali İrlandiya pley-off-da Xorvatiya ilə qarşılaşa bilər..
- Şimali İrlandiyanın Xorvatiyaya qarşı heç bir şansı yoxdur. Onlar güclü futbolçulara malik təşkilatlanmış komandadır. Amma bu heç nə demək deyil. Fikrimcə, komandamız onlarla düşsə, bizi Rusiyada görə bilərsiniz.

Xəbər xətti