Aryen Robben karyerasını sonlandırdı

11:02 - 11 Oktyabr 2017

Hollandiya millisinin aparıcı üzvü Aryen Robben DÇ-2018-in seçmə mərhələsi çərçivəsində İsveçə qarşı keçirilən matçdan sonra yığma karyerasını sonlandırdığını açıqladı.


Sportal.az xəbər verir ki, 33 yaşlı vinqer bütün diqqətini “Bavariya” klubuna yönəltmək istədiyini deyib:
“Mənim üçün özəl və çətin bir qarşılaşma idi. Həmçinin, bu, milli komandadakı son oyunum idi. Artıq bütün diqqətimi klubuma yönəltmək istəyirm”.


Robben milli karyerasını 37 qol və 29 məhsuldar ötürmə ilə tamamladı.


Qeyd edək ki, dünən İsveçi 2:0 hesabı ilə məğlub etmələrinə baxmayaraq, hollandlar mundiala vəsiqə qazana bilmədi.

 

Xəbər xətti