UEFA Millətlər Liqası: Yığmamız Ermənistanla eyni divizionda

Bu gün 2018-ci il dünya çempionatının qrup mərhələsinin Avropa zonasında qrup mərhələsinin oyunlarına yekun olub.

 

Sportal.az xəbər verir ki, AÇ-2020-ə çıxmaq üçün ilk dəfə təşkil ediləcək UEFA Millətlər Liqasında divizionların tərkibinə aydınlıq gəlib. Azərbaycan yığması sözügedən turnirdə dördüncü divizionda çıxış edəcək.

 

Millətlər Liqasında 55 Avropa yığması çıxış edəcək, onlar dörd diviziona bölünəcək (A, B, C, D). Hər divizionda 4 qrup olacaq, onların püşkü yanvarın 24-də Lozanna şəhərində keçiriləcək.

 

Qrupların tərkibi:

 

A divizionu:

 

Almaniya, Portuqaliya, İspaniya, Belçika, İngiltərə, Fransa, İsveçrə, İtaliya, Polşa, İslandiya, Xorvatiya və Niderland. Divizion 4 qrupdan ibarət olacaq.

 

B divizionu:

 

Avstirya, Uels, Russiya, Slovakiya, Ukrayna, İrlandiya, İsveç, Şimali İrlandiya, Danimarka, Bosniya və Herseqovina, Çexiya və Türkiyə. Divizion 4 qrupdan ibarət olacaq.

 

C divizionu:

 

Rumıniya, Şotlandiya, Sloveniya, Macarıstan, Serbiya, Albaniya, Norveç, Yunanıstan, Monteneqro, İsrail, Bolqarıstan, Finlandiya, Kipr, Estoniya və Litva. Divizionda 3 komandadan ibarət bir qrup və 4 komandada ibarət 3 qrup olacaq.

 

D divizionu:

 

Azərbaycan, Makedoniya, Gürcüstan, Belarus, Ermənistan, Qazaxıstan, Moldova, Latviya, Lüksemburq, Farer Adaları, Lixtenşteyn, Malta, Andorra, San-Marino, Cəbəllüttariq və Kosovo. Divizion 4 qrupdan ibarət olacaq.

 

Qeyd edək ki, turnirə 2018-ci ilin sentyabrında start veriləcək, onun qalibi isə 2019-cu ilin iyun ayında məlum olacaq.

Tarix: 11 Oktyabr [11:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Oktyabr 2017
19  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio