“Beşiktaş”da ayrılıq qərarı

11:41 - 11 Oktyabr 2017

Türkiyə Super Liqasında mübarizə aparan “Beşiktaş”ın futbolçusu Matey Mitroviç komandadan ayrıla bilər.


Sportal.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, “qara qartallar” Domaqoj Vidanı heyətinə qatarsa, 23 yaşlı oyunçunu başqa bir kluba satılacaq.


İstanbul təmsilçisi 4.2 milyon avroya transfer edilən xorvat müdafiəçini 3-3.5 milyon avroya satmaq niyyətindədir. “Beşiktaş”ın indidən bəzi alman klubları ilə danışıqlar apardığı da bildirilir.

 

Xəbər xətti