DÇ-2018: Final mərhələsinin ilk səbəti müəyyənləşdi

DÇ-2018-in final mərhələsinin püşkatması ilk səbətdə yer alacaq komandalar bəlli olub.

 

Sportal.az xəbər verir ki, Rusiya yığması ev sahibi kimi ilk səbətdə yer almışdı. Seçmə mərhələ oyunlarından sonra isə Braziliya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa və Almaniyanın da ilk səbətdə yer alacağı müəyyənləşib.

 

DÇ-2018-in final mərhələsinin püşkatma mərasimi dekabrın 1-də Kremldə keçiriləcək. Komandalar hər birində 4 komanda olmaqla, 8 qrupa bölünəcəklər.

 

Qeyd edək ki, dünya çempionatı 2018-ci il, iyunun 14-dən iyulun 15-nə qədər Rusiyada keçiriləcək.

Tarix: 11 Oktyabr [14:08]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Oktyabr 2017
19  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio