Dünya çempionatına vəsiqə qazanan ölkədə tətil elan edildi

Panamada bir günlük tətil elan edilib.

 

Sportal.az xəbər verir ki, bun ölkənin futbol milli komandasının dünya çempionatına vəsiqə qazanması olub. Panama prezidenti Xuan Karlos Varela bu qələbə münasibətilə ölkədə bir günlük bayram tətili elan edib.

 

Xatırladaq ki, DÇ-2018-in seçmə mərhələsinin Şimali və Mərkəzi Amerika zonasının qrupunda son turda Kosta-Rika yığmasını 2:1 hesabıyla məğlub edən Panama millisi tarixi ərzində ilk dəfə mundiala vəsiqə qazanıb.

Tarix: 11 Oktyabr [17:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Oktyabr 2017
19  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio