Rəşad Sadıqov qəzaya düşdü FOTO

18:51 - 11 Oktyabr 2017

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov "Range Rover" markalı avtomobili ilə qəza törədib. 

 

Sportal.az xəbər verir ki, hadisə bu gün baş verib. Ağdam klubunun U-19 komandasına da rəhbərlik edən Sadıqov “Neftçi” ilə oyundan qayıdarkən qəza törədib.

 

Sadıqov Binə yolunda idarəetməni itirərək avtomobili yolun kənarındakı maneə dirəyinə çırpıb. Qəza zamanı təcrübəli müdafiəçinin maşını əzilsə də, xoşbəxtlikdən özü ciddi xəsarət almayıb. Hazırda onun vəziyyəti yaxşıdır.

 

Xəbər xətti