MOİK "Turan Tovuz"a qalib gələrək 1/8 finala yüksəldi VİDEO

19:01 - 11 Oktyabr 2017

Bu gün Azərbaycan kubokunda 2017/18 mövsümünə start verilib.
 
Sportal.az xəbər verir ki, kubokun ilk, 1/16 final mərhələsində iki oyun keçirilib. İlk mərhələdə birinci divizion təmsilçiləri mübarizə aparıb. MOİK “Bakı”-nın təlim-məşq bazasının stadionunda "Turan Tovuz"u qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.

 

MOİK 1/8 finalda “İnter”lə qarşılaşacaq.

 

MOİK - Turan Tovuz - 2:1
Qollar:
İsmayıl İbrahimli, 13, Qərib İbrahimov, 87 - Elnur Səmədov, 40

 

 

Xəbər xətti