Alesio da Silva: "Çatışmazlıqları aradan qaldırmağa çalışacam"

“Oyun gərgin keçdi. Bu da təsadüfi deyil. İlk oyunlar hər zaman gərginliyi ilə yadda qalır”.

 

Sportal.az Azərbaycan Futzal Federasiyasının "Facebook" səhifəsinə istinadən xəbər verir ki, bu sözləri “Araz”ın baş məşqçisi Alesio da Silva futzal üzrə UEFA kubokunun əsas mərhələsində "Mostar”a (Bosniya və Herseqovina) 5:2 hesabı ilə qaldikləri matçdan sonra deyib.

 
Braziliyalı mütəxəssis bildirib ki, çətinliyə baxmayaraq, vacib olan qələbəni qazanıblar: "Komandamın oyunundan razı qaldım. Oyunun videoyazısına sabah baxacam və çatışmazlıqları aradan qaldırmağa çalışacam. Bu gün çoxsaylı qol epizodundan istifadə edə bilmədik. Bu da qarşıdakı matçlarda bizə problem yarada bilər. Ona görə bunun üzərində mütləq işləməliyik. Taktiki planda və intizam baxımından uşaqlardan razı qaldım. Demək olar, dediklərimi icra edə bildilər”.

Tarix: 12 Oktyabr [00:05]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Dekabr 2017
14  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio