Arturo Vidal yığma karyerasını başa vurub? AÇIQLAMA

Çili millisinin futbolçusu Arturo Vidal yığma karyerasını başa vurması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi bu məlumatları təkzib edib

 

"Bir döyüşçü ağlaya bilər, qoxa bilər, ümidsizliyə qapıla bilər, ancaq heç vaxt təslim olmaz və ölənə qədər də bundan vaz keçməz. Biz birlikdə güclüyük, tək-tək yox. Biz Çili əsgərləriyik. İrəli Çili! Gələn döyüşdə görüşənədək".

 

Qeyd edək ki, 2007-ci ildən Çili millisinə çağırılan 30 yaşlı futbolçu keçirdiyi 95 oyunda 23 qol vurub.

Tarix: 12 Oktyabr [00:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Dekabr 2017
14  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio