Adriano futbola qayıdır

14:42 - 12 Oktyabr 2017

Braziliya millisinin keçmiş futbolçu Adriano yenidən futbol oynamaq istədiyini açıqlayıb.

 

Sportal.az xəbər verir ki,  Adriano fikirlərini bu cür izah edib: “Özümü yeni bir proyekt üçün hazırlayıram, qarşımıza gələn aylarda klubsuz olaraq məşqə başlayacam. Özümü futbola başlayacaq gücdə görürəm”.

 

Braziliyalı futbolçu karyerasını istədiyi kimi sonlandırmadığını sözlərinə əlavə edib: "Karyeramı istədiyimi kimi sürmədim. Buna görə çox üzgünəm. Karyeramı yarımçıq hekayə kimi görürəm".

 

Xatırladaq ki, 35 yaşlı futbolçu İtaliyada "Parma", “İnter”və “Roma” klublarında çıxış edib. Braziliya millisinin formasını isə 50 dəfə geyinib və 29 qola imza atıb.

Xəbər xətti