"Qəbələ"nin futbolçusu: "Əcnəbi olduğunuzu biləndə sizdən pul qazanmaq istəyirlər" MÜSAHİBƏ

“Qəbələ”nin müdafiəçisi Deyv Bultuis Hollandiya mətbuatına müsahibə verib.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- Qəbələdə necə yaşayırsan?

- Qəbələdə heç nə yoxdur. Küçələrdə inəklər gəzir. Əhalisi çox azdır. Onlar belə oyunlara gəlmirlər. Azərbaycanda yaxşı futbol mədəniyyəti yoxdur. Burada futbolun inkişafı üçün ciddi səylər göstərilir. Amma azarkeşlərə oyunlar maraqlı deyil. Biz çempionatda 7 komandaya qarşı oynayırıq.  Bütün futbolçular paytaxt Bakıda yaşayırlar. Çünki Qəbələdə yaşanacaq heç nə yoxdur. Çempionatın səviyyəsi Hollandiya birincliyinin sonuncu yerləri üçün mübarizə aparanların mübarizəsinə bənzəyir. Əksər klublar Çempionlar Liqasında çıxış edən “Qarabağ” kimi ev oyunlarını Bakıda keçirirlər. Azərbaycanın ürəyi Bakıdır. Bütün neft pulları bu şəhərdə dövr edir. 

 

- “Qəbələ”yə necə keçdiniz?

- Azad agent olarkən bir çox yerlərdən təklif alırsan. Mənim də variantlarım var idi. “Nürnberq”də 3 il oynadıqdan sonra getməli idim. Əvvəlcə, “Qəbələ”nin təklifi rədd etdim, amma onlar məni komandada görmək istəyirdilər. 

 

- Maliyyə cəhətdən cəlbedici təklif idimi?

- Çox yaxşı müqavilə imzaladım. Maliyyə cəhətdən yaxşı təklif idi. APOEL və “Sürix”dən təklif almışdım. Lakin bu klublar “Qəbələ” qədər pul təklif etmədilər. Bu cür puldan imtina edə bilməzdim. Amma indi düşünürəm ki, pul məni xoşbəxt etmir. 

 

- Niyə?

- Bu yaxınlarda Azərbaycan çempionu “Qarabağ”a qarşı oynadıq. Stadionda 2 mindən az adam var idi. Bəzi oyunlarda isə ümumiyyətlə arenada cəmi 100 və yaxud 200 nəfər olur. Bu çox kədərli mənzərədir. Yəqin ki, hələ bilmədiyim çox şey var. Qəbələdə oyundan öncə ancaq inək görürsən. Sanki onların bağırmasını gözləyirsən. Mən “Utrext” və “Nürnberq” kimi əyləncəsi bol olan klublara lazım olan bir oyunçuyam. Oralarda azarkeşlərlə yaxşı əlaqələr qurdum. Buna görə məsələn, Almaniyada 3 il qaldım. Fədakarlıq və sədaqətimi yüksək qiymətləndirdilər. Mən həmişə 1000 faizi ortaya qoyan oyunçuyam. 

 

- Belə bir mühitdə futboldan necə zövq ala bilərsiz?

- Heç kimə maraqlı olmayan matçlara motivasiya olmaq çətindir. Bəzi matçlarda bilet olsa da, cəmi 50 sentə satılır. Bəli, Azərbaycanda futbolun səviyyəsi yüksək deyil. Həqiqətən yaxşı görünmür. Mən bilirəm ki, Kollins Con və Lorenso Ebesilyo “Qəbələ”də çıxış etdilər. Lakin onlarla əvvəlcədən danışmamışdım. Avropa Liqasında oynamaqda məqsəd “necə alınacağını görək” deyə bir deyim idi. Nəhayət Azərbaycana gəlməklə təxminlərim dəqiqləşdi. Daha bir az da səbirli olmaq lazımdır və gözəl günləri gözləməliyəm. Dion Malone də də eyni hisslərdir. Xoşbəxtlikdən onunla birlikdəyik. Bir-birimizlə çox şeyi danışırıq. Bir yerdə gəzirik, əylənirik və yemək yeyirik. Bilirsiniz, Bakıda həyat var. Burada Avropa şəhərlərində olan hər şey mövcuddur. Böyük mağazalar, yaxşı restoranlar, əyləncə, gecə həyatı...Vaxt 24/7 möhtəşəmdir. Hər şey müasirdir. Formula-1 də daxil olmaqla Bakı mini Dubaya bənzəyir. Sərvət var. Lakin insanlar qəribədir. İnsanların yarısı çox zəngindir, yarısı isə çox kasıbdır. Bakıdan kənarda mərkəzdəki göydələnlərdən fərqli yüz il əvvəl tikilmiş evlər var. Buradakı insanlar mehribandır, dostluğu sevirlər. Amma əcnəbi olduğunuzu biləndə sizdən pul qazanmaq istəyirlər. Taksilərdə eynidir. Əcnəbilərə bahalı qiymətlər deyirlər. 

 

- Azərbaycana gedəcəyinizi biləndə yaxınlarınız nə dedi?

- Mən pul qazanacağımı dedim. Dostlarım Bakıya gəlmək istəsələr də, Hollandiyadan bura birbaşa reys yoxdur. Kiyev və ya İstanbul vasitəsilə uçmalısınız. Bu da təxminən 20 saat çəkəcək. Ailəm və dostlarım bundan əziyyət çəkər.  Oğlumun indi bir yaşı var. Keçmiş həyat yoldaşımla ayrılsaq da, əla münasibətlərimiz var. Oğlumu “Facetime” və “Skype” vasitəsilə həftədə görürəm. “Nürnberq”də yaşayarkən hər oyunu onu görürdüm. Onun üçün yenidən Hollandiyaya dönmək istəyirəm. 

 

- Nə vaxt?

- 3 illik müqaviləm olsa da, 1 ildən sonra ayrıla bilərəm. Öz yolumu düşünürəm. Hazırda xaricdə davam etmək istəyirəm. MLS məni cəlb edir. 2018-ci ildə yenidən başlayacaq. Ən azı azarkeşlərlə bol liqadır. Bir idman mədəniyyəti var. Mən keçən il yayda Hollandiyadan təkliflər aldım. Amma qayıtmaq üçün erkən olduğunu düşündüm. Bilmirəm ki, dönərkən necə olacaq. “Utrext” mənim ilk seçimim olacaq. O, sevimli klubum olaraq qalır. Gözəl illərim keçib. Yan Vuytens ilə hələ də əlaqələrim qalır. Hər yaz İbizaya gedirik. Marken Van der Marel mənimlə müntəzəm danışır. Kevin Strootman, Dris Mertens və Van Volfsvinkel kimi oğlanların istedadına sahib deyiləm. Buna görə də cəlbedici təklifi seçirəm. Azərbaycanda xüsusi macəradır. Mənim zəngin təcrübəm var. 27 yaşımda bura gəmlmişəm. Bundan sonrakı transfer dövründə gözəl bir kluba gedəcəyimə ümid edirəm. 

Tarix: 12 Oktyabr [15:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Dekabr 2017
14  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio