"Tottenhem"in futbolçusu 1 il sonra məşqlərə başladı

16:16 - 12 Oktyabr 2017

“Tottenhem”in uzun müddətdir zədədən əziyyət çəkən futbolçusu Erik Lamela nəhayət məşqlərə başlayıb.

 

Sportal.az xəbər verir ki, keçən ilin oktyabrında budundan zədə alan 25 yaşlı yarımmüdafiəçi bu ilin mart ayında əməliyyat olunmuşdu. Lamelanın noyabrda tam hazır olacağı gözlənilir.

 

Qeyd edək ki, argentinalı futbolçu 2013-cü ildən London klubunda çıxış edir.

Xəbər xətti