Sabiq "Arsenal"lı 49 yaşında futbola qayıtdı

17:21 - 12 Oktyabr 2017

İngiltərə millisinin və "Arsenal"ın sabiq yarımmüdafiəçisi  Pol Merson 49 yaşında futbola qayıdıb.

 

Sportal.az xəbər verir ki, 0, Uelsin dördüncü divizion təmsilçisi "Kerau" ilə müqavilə imzalayıb. Merson yeni klubunda ilk oyununa oktyabrın 18-i çıxacaq.

 

Pol Merson karyerası ərzində "Arsenal"la Kuboklar kuboku, İngiltərə kuboku, Liqa luboku qazanıb. O, İngiltərə yığmasının heyətində 1998-ci il dünya çempionatında iştirak edib. P.Mersonun son klubu "Tamuort" olub. O, 2006-cı ildə futbolçu karyerasını bitirdiyini açıqlamışdı.

Xəbər xətti