"Araz"ın əsas rəqibi uduzdu

Futzal üzrə Azərbaycan çempionu “Araz”ın UEFA kubokunun əsas mərhələsində mübarizə apardığı 8-ci qrupda bu gün daha bir oyun baş tutub.

 

Sportal.az xəbər verir ki, qrup oyunlarına ev sahibliyi edən Rumıniyanın “Deva” klubu Bosniya və Hersoqovina çempionu “Mostar” komandasının sınağa çəkib.

 

İlk turda “Mostar” “Araz”a 2:5 hesabıyla uduzduğu halda, “Deva” da “St Andreus”a qalib gəlmişdi - 5:2. Lakin Rumıniya çempionu bosniyalılarla görüşdə gözlənilməz məğlubiyyətlə üzləşib – 2:3.

 

Günün ilk matçında da “Araz” “St Andreus”a 6:4 hesabıyla qalib gəlmişdi. Bu üzdən də təmsilçimiz qrupda vahid liderə çevrilib.

 

Azərbaycan çempionu son oyununu oktyabrın 14-də “Deva”ya qarşı keçirəcək.

 

“Araz” – 6, “Deva” – 3, “Mostar” 3, “St Andreus” – 0.

Tarix: 13 Oktyabr [00:59]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Oktyabr 2017
19  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio