PSJ-nin prezidentinə rüşvətə görə cinayət işi açıldı

PSJ-nin prezidenti Naser Əl-Xəlifi korrupsiyada ittiham olunur.

 

Sportal.az xəbər verir ki, İsveçrə prokurorluğu ona qarşı cinayət işi açıb. PSJ-nin prezidentinin Qətərin “BeIN Media Group” kompaniyasının DÇ-2026 və DÇ-2030-un yayım hüququnu alarkən maxinasiyaya yol verdiyi bildirilir.

 

Şahidlər iddia edirlər ki, “BeIN Media Group”un baş direktoru olan Naser Əl-Xələfi FİFA-nın sabiq baş katibi Jerom Valkeyə rüşvət verib.

 

Valke artıq sorğuya cəlb edilib. Onun Fransa, İtaliya, Yunanıstan və İspaniyadakı evlərində axtarış aparılıb.

Tarix: 13 Oktyabr [12:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Dekabr 2017
11  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio