Məşhur futbolçu xanımından ayrıldı - Xəyanət etdiyi üçün

14:25 - 13 Oktyabr 2017

Məşhur rusiyalı futbolçu Andrey Arşavin həyat yoldaşından ayrılıb.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı 36 yaşlı hücumçunun xanımı olmuş Alisa Kazmina verib. Kazmina, Arşavinin ona xəyanət etdiyi üçün ayrılmaq qərarını verdiyini deyib:

 

“Xəyanəti bağışlaya bilməzdim. Daha onunla birlikdə yaşamaq istəmirəm. Hamı mənə yazırdı ki, o, məni tərk edəcək, ancaq mən onu tərk etdim. Üç uşaqla tərk etmək hər kəsə qəribə gəlir, ancaq mənim bir tanışım bu yaxınlarda 4 uşaqla yenidən ərə getdi”.

 

Qeyd edək ki, 2012-ci ildən birlikdə olan cütlük 2016-cı ildə rəsmi nigah bağlayıblar.

Xəbər xətti