Xətai Bağırov: "Qalib gəlmək üçün səfərbər olacağıq"

15:39 - 13 Oktyabr 2017

UEFA kubokunun əsas mərhələsində mübarəz aparan “Araz” “Mostar” və “St Andreus” komandaları ilə görüşdən qalib ayrılaraq turnir cədvəlinin vahid lideri olub.

 

Sportal.az xəbər verir ki, təmsilçimiz son oyununu sabah Rumıniya çempionu “Deva”ya qarşı keçirəcək. Arxada qalan hər iki oyunla bağlı “Araz”ın hücumçusu Xətai Bağırov Azərbaycan Futzal Federasiyasının rəsmi Feysbuk səhifəsinə açıqlama verib: 

 

“Mostar”la oyunda erkən qol vurduq, amma bosniyalılar hesabı bərabərləşdirməyi bacardılar. Bu qol sanki onları həvəsləndirdi, ardını gətirmək üçün cəhdlər etdilər. Ancaq fasiləyə qədər istədiyimiz nəticəni əldə etdik və ikinci hissədə də bunu qorumağa çalışdıq. 

 

“Mostar”la oyundan fərqli olaraq ikinci qarşılaşmaya yaxşı başlamadıq. Nəticədə qapımızdan ardıcıl 2 top buraxdıq. Səhvlərimizin çox olduğu oyunun ikinci hissəsinin əvvəlində hesabda önə keçməyi bacardıq. Bundan sonrakı dəqiqlərdə bu üstünlüyümüzü qorumağa çalışdıq. Sonda məqsədimizə çatdıq və ikinci matçı da xal itkisinə yol vermədən başa vurduq.

 

Təbii ki, “Deva” ilə oyunda da ancaq qələbə qazanmaq üçün mübarizə aparacağıq. Bilirik ki, meyda sahibi komanda bu amildən maksimum istifadə etməyə çalışacaq. Üstəlik, vərəqə cəzalısı olan Maykon da bizə kömək edə bilməyəcək. Buna baxmayaraq, qalib gəlmək üçün səfərbər olacağıq”.

Xəbər xətti