"Cəmi 12 nəfərlə məşq etmişdik"

17:52 - 13 Oktyabr 2017

Topaz Premyer Liqasının 8-ci turunda “İnter” evdə “Qarabağ”a 0:2 hesabıyla uduzdu. Bakı klubunun baş məşqçisi Zaur Svanadze həyat yoldaşının vəfatı ilə əlaqədar mətbuat konfransında iştirak etmədi. Onu köməkçisi Zaur İsmayılov əvəzlədi.

 

Sportal.az xəbər verir ki, o, oyunla bağlı bunları dedi:

 

“Azərbaycanın ən güclü komandasına qarşı oynadıq. Bilirdik ki, çətin olacaq. Heyətimzidə bir neçə itki var idi. Cəmi 12 nəfərlə məşq etmişdik. Buna baxmayaraq, uşaqlar əllərindən gələni etdilər. Bacardıqları qədər mübarizə apardılar”.

Xəbər xətti