"İnter"in futbolçusu: "Toyumu maaşı ala bilmədiyimizə görə təxirə salmışam" MÜSAHİBƏ

18:14 - 13 Oktyabr 2017

"İnter" Topaz Premyer Liqasının 8-ci turunda "Qarabağ"a 0:2 hesabı ilə uduzub.

 

Sportal.az xəbər verir ki, oyundan sonra paytaxt klubnun qolkiperi Orxan Sadıqlı jurnalistlərin suallarını cavablandırıb.

 

- Son dəqiqələrdə buraxdığınız qollarla məğlub oldunuz...
- Artıq bezmişik. İkinci qoldan sonra futbolu atmaq istəyirdim. Güc çatmır. Olanımız budur. 80 dəqiqə oynaya bildik. 12 futbolçumuz var. Qışa kimi dözmək lazımdır. Müəyyən şeylər var ki, komanda daxilində qalmalıdır. Güc də tükənib. Futbol ilk işimdir. Hər kəsin ailəsi var. Futbolda qazandığını evə aparırsan. Mənim başqa işim yoxdur.
 
- Bəlkə oyuna çıxmamaqla etiraz etmək olar?
- Xeyr, bu, heç nəyə çarə deyil. Bu, bizə daha da ziyan olacaq. Onu etmək Azərbaycan futboluna ziyan olar. Futboldur, oynamlayıq. Ancaq hər şey futbola təsir edir. 2 ay maaşımız qalıbdı. Bundan sonra oynamaq olar? Bir söz deyəcəm güləcəksiz. İnanırsız ki, toyumu maaşı ala bilmədiyimizə görə təxirə salmışam. Qohumuma demişəm ki, mənə iş axtarsın.
 
- “Xəzər Lənkəran”da olanda komanda dağılmışdı. “İnter”dəki gedişatı da dağılmağa doğru gedir?
- Eyni şey yaşanır. İnşallah “İnter” dağılmaz. “İnter” də dağılsa, futbolumuz hara gedir?
 
- Komandaya nə motivasiya verər?
- Maaşı vaxtında almaq. Oyunumuza mükafat qoyulması. Hamımız ailə başçıları və kasıb uşaqlarıq. Zaur müəllim ölkədə yoxdu. Yəqin ki, Azərbaycana qayıdanda problemlərimizi həll edər.

Xəbər xətti