Eratlı "Duysburq"dan heç-heçə

00:49 - 14 Oktyabr 2017

Almaniya 2-ci Bundesliqasında 10-cu turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın şərəfini qoruduğu “Duysburq” doğma meydanda Braunşveyq “Ayntraxt”ı ilə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

 

Erat da bu qarşılaşmanın iştirakçısı olub. O, start heyətdə meydana çıxdığı görüşün fasiləsində əvəzlənib.

 

“Duysburq” geridə qalan turlarda topladığı 9 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb.

Xəbər xətti