"Kəpəz" "Zirə" ilə oyuna 3 itki ilə çıxacaq

12:25 - 14 Oktyabr 2017

"Kəpəz" Topaz Premyer Liqasının 8-ci turunda “Zirə” ilə səfər oyununa itkilərlə çıxacaq.

 

Sportal.az xəbər verir ki, klubun saytına istinadən yaydığı xəbərə görə, 3 futbolçu “sarı-göylər”ə kömək edə bilməyəcək. Müdafiəçi Azad Kərimov, yarımmüdafiəçilər Əli Səmədov və İlkin Sadıqov zədələndiyi üçüb sözügedən matçı buraxacaqlar. Onlar məşq zamanı zədələniblər.  

 

Qeyd edək ki, "Zirə" - "Kəpəz" görüşü bu gün keçiriləcək.

Xəbər xətti