Azərbaycanlı futbolçular oynadı, "Qarabağ" 5 qolla qalib gəldi

12:40 - 14 Oktyabr 2017

Futbol üzrə Avstriyanın Şərq Regional Liqasında 12-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular Dmitri Nağıyevlə Elvin Bədəlovun formasını geyindiyi Vyana “Qarabağ”ı da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Şvexat”la qarşılaşıb. Futbolçularımızın komandası 7 qolluq bu oyundan möhtəşəm qələbə ilə ayrılıb - 5:2.

 

Elvin start heyətdə meydana çıxıb və sonadək oynayıb. Dmitri isə 69-cu dəqiqədə, komandası 4:0 öndə olarkən meydana buraxılıb.

 

"Qarabağ" 12 turdan sonra 23 xalla 17 komanda arasında 4-cü pillədə qərarlaşıb.

Xəbər xətti