Şahin Diniyev: "Stabil oyun nümayiş etdirə bilmirik"

Topaz Premyer Liqasının 8-ci turunda səfərdə “Zirə”yə uduzan (0:3) “Kəpəz”in baş məşqçisi Şahin Diniyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, Diniyev əvvəlcə matçla bağlı fikirlərini bildirib:

 

- Çox pis oynadıq. Bu, bizim oyunumuz deyildi. Əks-hücumlar üzərində qurmuşduq. İlk hissədə oyunumuz alındı. Rəqib müdafiəmizi yara bilmədi. Ancaq ikinci hissədə hər şey dəyişdi. Komanda ikinci hissədə irəli çıxdı, qol vurmaq istədi. Bunun da nəticəsində qapımızda 3 qol gördük. Çox acınacaqlı məğlubiyyətdi. Bu oyunu unudub, qarşıdakı matçlara hazırlaşmalıyıq.

 

- Komanda keçən turda “Qəbələ”ni məğlub etmişdi. Bu gün isə böyük hesabla uduzdu. Sizcə, bunun səbəbi nədi?

- Ustalığımız o səviyyədə deyil. Qol buraxanda geri dönüş edə bimirik. “Zirə”nin ustalıq səviyyəsi bizdən çoxdu. Buna görə hesabda geri düşdükdən sonra cavab qolu vura bilmədik. Əvəzində rəqib iki dəfə fərqləndi.

 

- Növbəti turda cari mövsümdə ilk dəfə evdə çıxış edəcəksiz... 

- Futbol ev və ya səfər oyunundan ibarət deyil. Müsair futbolda bu cür anlayış yoxdu. Bu gün stabil oyun nümayiş etdirə bilmirik. Əsas problem budu. “Qəbələ”ni səfərdə məğlub etmişdik. Düzdü, ev qarşılaşmasında azarkeş amili müəyyən kömək edir, futbolçulara motivasiya verir. Heyətimizin böyük hissəsi yenilənib. Hər oyun fərqli çıxış edirik. 

 

- Rəqibləriniz əvvəllər Gəncədə büdrəyəndə, buna səbəb kimi ot örtüyünü göstərirdilər. Sizcə, stadionun ot örtüyünün dəyişdirilməsi sizin xeyrinizə olacaq, ya ziyanınıza?

- Keçən mövsümdə evdə daha çox xal itirirdik, nəinki səfərdə. Ot örtüyünün dəyişdirilməsi bizim də xeyrimizə olacaq. Nəticədən asılı olmayaraq, əsas odu, keyfiyyətli futbol izləyəcəyik.

 

- Qarşıdakı oyunlarda hansısa dəyişiklik gözlənilir?

-      Bizim əlimizdə olan budu. Nə isə dəyişiklik edəcəyiksə, bu, taktiki dəyişiklik ola bilər.

Tarix: 14 Oktyabr [18:38]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Noyabr 2017
23  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio