Samir Abasov: "Qəbələ" bizə qarşı başqa cür oynadı"

20:29 - 14 Oktyabr 2017

Topaz Premyer Liqasının VIII turunda "Sumqayıt" "Qəbələ"ni qəbul edib. Matç qonaqların qələbəsi ilə yekunlaşıb - 0:1.

 

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sumqayıt"ın baş məşqçisi Samir Abbasov oyun haqda danışıb:


"Oyun maraqlı keçdi. Yaxşı oynadıq, ikinci hissəni yaxşı oynadıq. Birinci hissəyə də pis başlamadıq. Təssüf ki, qol buraxdıq. Azarkeşlər sona qədər qol gözləyirdi. Halal olsun uşaqlara, bu tempdə davam etmək lazımdı. "Qəbələ" bizə qarşı başqa cür oynadı, ona görə də, alınmadı, bəlkə də buna hazır deyilik. Dəyişiklər etməliyik, oyun planı və başqa yöndə dəyişikliklər olacaq".

 

Abasov daha sonra jurnalistlərin suallarını cavablandırıb

 

- İkinci hissənin gedişatında taktiki gedişatı dəyişdiniz..

- Hücumçunun sayını artırdım. Ancaq qol olmadı. Arxada üç müdafiəçi saxlamaqda lüzum görmədim.

Xəbər xətti