"Araz" liderliyi əldən verdi

00:09 - 15 Oktyabr 2017

Azərbaycan çempionu “Araz” bu gün futzal üzrə UEFA kubokunun əsas mərhələsində qrupda son oyununu keçirib. 

 

Sportal.az xəbər verir ki, təmsilçimiz Rumıniya çempionu “Deva” ilə qarşılaşıb.

 

Qrup lideri olan komandamızı elit-raunda yüksəlmək üçün heç-heçə də qane edirdi. Ancaq bu görüşdə "Araz" 3:6 hesabı ilə uduzaraq ikinci pilləyə düşüb. 

 

Qeyd edək ki, “Araz” ilk oyunda Bosniya və Herseqovina çempionu “Mostar”ı 5:2, ikinci qarşılaşmada Malta çempionu “Sent Endryus”u 6:4 hesabı ilə məğlub edib.
 
 

14 oktyabr

 

20:00 “Araz” – “Deva” (Rumıniya) - 3:6
Qollar:
Matey, 6 (0:1), Vilela, 8  (1:1), İqnat, 18 (1:2),  Matey, 19 (1:3), Panzaru, 24 (1:4), Bolinya, 31 (2:4), Tonita, 38 (2:5), Matey, 39 (2:6), Ramiz Çovdarov, 39 (3:6)
Hakimlər: Tomasz Frak (Polşa), İbrahim El Jilali (Hollandiya), Şota Kukhilava (Gürcüstan)
Deva idman kompleksi.

Xəbər xətti