Joze Alessio: "Bəsit səhvlərə yol verdik"

00:36 - 15 Oktyabr 2017

“Pis oynadığımızı deyə bilmərəm. Əksinə, komandam rəqibdan üstün oyun nümayiş etdirdi. Təəssüf ki, yenə bəsit səhvlərə yol verdik və asan qollar buraxdıq".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Araz"ın baş məşqçisi Joze Alesio da Silva UEFA kubokunun əsas mərhələsinin son turunda Rumıniya çempionu “Deva”ya 3:6 hesabı ilə uduzduqları oyundan sonra deyib.

 

Azərbaycan Futzal Federasiyasının rəsmi "Facebook" səhifəsinə danışan braziliyalı mütəxəssis  yaratdıqları epizodları sağa-sola xərclədiklərini bildirib :"Halbuki onları qola çevirmək lazımdı ki, sonra qələbəni biz bayram edək. Həm də rəqibin heyətində təcrübəli futzalçılar yer alıb və onlar uzun müddətdir bir komandada çıxış edirlər. Meydanda anlaşma baxımından “Deva”nın üzvləri yaxşı mənada seçilirdilər”.

 

Qeyd edək ki, "Araz" bu məğlubiyyətdən sonra turnir cədvəlində ikinci pilləyə düşərək elit-raunda vəsiqə qazana bilməyib.

Xəbər xətti