Araz Abdullayev 90 dəqiqə oynadı

00:42 - 15 Oktyabr 2017

Kipr çempionatında 7-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi "Anortosis" doğma meydanda “Apollon”la qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

 

Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

Geridə qalan turlarda 15 xal toplamış Famaqusta təmsilçisi hazırda 14 iştirakçı arasında liderdi.

Xəbər xətti