"Qalatasaray" Türkiyə futbolunun tarixinə düşdü

12:12 - 15 Oktyabr 2017

Türkiyə Super Liqasının 8-ci turunda “Qalatasaray” “Konyaspor”un qonağı olub.

 

Sportal.az xəbər verir ki, qarşılaşma "cim bom"un 2:0 hesablı qələbəsiylə başa çatıb. İstanbul təmsilçisi bu matça start heyətində 11 legioner futbolçuyla başlayıb.

 

Baş məşqçi İqor Tudor start heyətdə heç bir yerli futbolçuya şans verməməklə Türkiyə futbolu tarixində ilkə imza atıb.

 

“Sarı-qırmızılar” matça bu heyətlə çıxıb: Muslera, Mariano, Maykon, Denayer, Latovleviçi, Fernando, Fequli, Rodriges, Ndiaye, Belhanda, Qomis.

Xəbər xətti