Vüqar Əsgərovun dublu komandasına qələbə qazandırdı

13:20 - 15 Oktyabr 2017

Futbol üzrə Latviya birinci liqasında 24-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun çıxış etdiyi- “Olayne” səfərdə “Preilu” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 4:1 hesablı qələbə ilə ayrılıb.

 

Əsgərov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Vüqar sonadək oynayıb. Komandasının iki qolunu da Vüqar vurub. “Olayne”nin ən məhsuldar futbolçusu olan həmyerlimiz 21 və 87-ci dəqiqələrdə fərqlənməklə cari mövsümdə vurduğu qolların sayını 17-yə çatdırıb.

 

“Olayne” 24 turdan sonra 44 xalla 12 komanda arasında 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti