Cavid Hüseynov: "Sumqayıt" bizi məcbur etdi ki, müdafiəyə çəkilək" MÜSAHİBƏ

13:50 - 15 Oktyabr 2017

"Qəbələ"nin kapitanı Cavid Hüseynov Topaz Premyer Liqasının VIII turunda səfərdə “Sumqayıt”la qarşılaşmadan sonra müsahibə verib.

 

Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi jurnalistlərin suallarını cavablandırıb.

 

- Çətinliklə qalib gəldik. Belə oyun gözləyirdik. “Sumqayıt”ın formada olduğun bilirdik.  Bizə əsas qələbə lazım idi ki, onu da əldə etdik
 
- Oyun başa çatan kimi “Qəbələ”nin oyunçuları yerə uzandılar. Bu, matçın gərginliyindən irəli gəlirdi, ya fiziki vəziyyətiniz qaydasında deyil?
- Tamamilə oyunla bağlı vəziyyətdi. İkinci hissəni əsasən müdafiə olunduq. Ola bilsin bunun nəticəsində futbolçular yorulublar.
 
- “Sumqayıt”ın gücünü kiçiltmək fikrimiz yoxdu, ancaq “Qəbələ” niyə məhz bu komanda ilə oyunda müdafiə taktikasını seçdi?
- Müdafiə futbolu oynamaq fikrimiz yox idi. Heç vaxt da oyuna o məqsədlə çıxmırıq. Ancaq rəqib bizi məcbur etdi ki, müdafiəyə çəkilək. İstər-istəməz belə oldu.
 
- Əvəzlənməyin nə ilə bağlıdı?
- Bu, vəşqçinin qərarıdı. Hörmətlə yanaşmalıyıq.
 
- Son vaxtlar göstərdiyin oyuna görə çox tənqid olunursan. Özün öz oyunundan razısan?
- Təbii ki, yox.
 
- Bəs bunun səbəbi nədi?
- Bir az eniş var. Onu da çalışırıq ki, məşqlərdə aradan qaldıraq.
 

- Keçən mövsüm hər kəs “Qəbələ”nin çempion ola biləcəyinə inanırdı, bu il isə hətta 2-ci yer tutacağınıza da şübhə ilə yanaşırlar...
- Həm turnir cədvəlindəki mövqeyimizə, həm də oyunumuza baxsaq, elə düşünənləri haqlı saya bilərik. Bizi əsas sarsıdan evdə “Kəpəz”ə məğlubiyyətimiz oldu. O nəticə olmasaydı, bu gün heç kim dediyiniz kimi düşünə bilməzdi. Ancaq hələ qarşıda çox oyun var. “Qarabağ” da xal itirəcək, biz də çalışacağıq ki, xal itirməyək.
 
- Milli komanda haqqında nə düşünürsüz? Baş məşqçi Robert Prosineçkinin gedəcəyi gözlənilir...
- Prosineçki tək mənim üçün deyil, bütün komanda üçün yaxşı məşqçi olub. Qalmasını istərdim, ancaq gedirsə, uğur arzulayıram.

Xəbər xətti