Sabiq "Xəzər Lənkəran"lı baş məşqçi oldu

Türkiyə millisinin və "Beşiktaş"ın sabiq hücumçusu Oqtay Dərəlioğlu özünə yeni iş yeri tapıb.

Sportal.az xəbər verir ki, futbolçu karyerası ərzində ölkə xaricində “Las Palmas” (İspaniya), “Nürnberq”lə (Almaniya) yanaşı, “Xəzər Lənkəran”da da top qovmuş sabiq hücumçu baş məşqçi kimi fəaliyyət göstərəcək. 41 yaşlı mütəxəssis Türkiyə II Liqasında mübarizə aparan "Kahramanmaraşspor"un baş məşqçisi təyin edilib.

 

"Kahramanmaraşspor" II Liqanın ağ qrupunda 17-ci pillədə qərarlaşıb.

 

Xatırladaq ki, Oqtay 2004/05 mövsümündə "Xəzər Lənkəran"ın şərəfini qoruyub və 17 oyuna 16 qol vurub.

Tarix: 15 Oktyabr [16:41]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Dekabr 2017
16  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio