Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 8-ci tura yekun vurulub.
Sportal.az xəbər verir ki, son gündə də iki görüş baş tutub. Lider “Qəbələ” səfərdə “Sumqayıt”ı darmadağın edib. “Zirə” isə doğma meydanda “Kəpəz”dən üstün olub.
Əvəzedicilərin çempionatı
8-ci tur
15 oktyabr
“Sumqayıt” - “Qəbələ” 0:3
Qollar: Rövlan Muradov, 3. Hacıağa Hacılı, 14. Ülvi İsgəndərov, 57.
“Zirə” - “Kəpəz” 1:0
Qol: Camal Camalov, 18.