İkardi derbidə "İnter"ə qələbə qazandırdı VİDEO

01:31 - 16 Oktyabr 2017

İtaliya A Seriyasında 8-ci turun oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, turun mərkəzi matçında “İnter” “Milan”ı qəbul edib. Eyni şəhərin əzəli rəqiblərinin oyununda meydan sahibləri 3:2 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, “İnter” 22 xalla turnir cədvəlinin 2-ci, “Milan” isə 12 xalla 10-cu pilləsində qərarlaşıb. Turnir cədvəlinə 24 xalla "Napoli" başçılıq edir.

 

“İnter” – “Milan” - 3:2
Qollar:
İkardi, 28, 63, 90 (pen.) - Suso, 56, Boneventura, 81

 

Xəbər xətti