Millimiz reytinq cədvəlində 23 pillə gerilədi

12:27 - 16 Oktyabr 2017

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandası 23 pillə geriləyib. Millimiz 273 xalla 115-ci yerdə qərarlaşıb.

 

Qeyd edək ki, millimiz DÇ-2018-in seçmə mərhələsinin son oyunlarında Çexiyaya 1:2, Almaniya yığmasına isə 1:5 hesabı ilə uduzmuşdu.

Xəbər xətti