"Zirə"dən rekord

13:30 - 16 Oktyabr 2017

“Zirə” startdakı məğlubiyyətsiz oyunlar seriyasını 8-ə çatdırıb.

 

Sportal.az xəbər verir ki, qəsəbə klubu Topaz Premyer Liqasının VIII turunun ev oyununda “Kəpəz”i 3 cavabsız qolla məğlub edib. Bu, zirəlilərin tarixində ən uğurlu startdır.

 

5 qələbə qazanıb, 3 heç-heçə edən Ayxan Abbasovun yetirmələri 2015/16 mövsümündəki rekordunu yeniləyib. Həmin vaxt Premyer Liqanın debütantı ardıcıl 7 oyunda uduzmamışdı. Bakılılar VIII turu yenilgisiz keçməklə 2 il əvvəlki nəticəni arxada qoyub.

Xəbər xətti