Azarkeşlərə şad xəbər: "Qarabağ"ın oyununda maşınlar stadiona buraxılacaq

14:33 - 16 Oktyabr 2017

Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ” “Atletiko”nu qəbul edəcək.

 

Sportal.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlərin bu matça rahat gəlib-gedişini təmin etmək üçün ictimai dayanacaq onların xidmətində olacaq.

 

Azarkeşlər avtodayanacaqdan qarşılaşmanın başlamasından 3 saat əvvəl- saat 17:00-dan etibarən istifadə edə bilər.

 

Qeyd edək ki, “Qarabağ”ın“Atletiko" ilə  matçına bilet satışa davam edir. Azarkeşlər sabahdan etibarən biletləri Bakı Olimpiya Stadionun qarşısında yerləşdirilən satış məntəqələrindən də əldə edə bilərlər.

 

Xatırladaq ki, oktyabrın 18-i Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Xəbər xətti