Oyun zamanı komanda yoldaşı ilə toqquşan futbolçu dünyasını dəyişdi

16:12 - 16 Oktyabr 2017

Futbol üzrə İndoneziya çempionatında bədbəxt hadisə baş verib.

 

Sportal.az xəbər verir ki, hadisə "Persela Lamonqan" və "Semen Padanq" komandaları arasında baş tutan qarşılaşmada baş verib. Meydan sahiblərinin qapıçısı Çoirul Huda komanda yoldaşı Ramon Rodriqeslə toqquşub.

 

Zərbədən sonra huşunu itirən qolkiperə klubun həkimləri tərəfindən yardım göstərilib. Daha sonra xəstəxanaya aparılan qapıçının həyatını xilas etmək mümkün olmayıb. Huda beyin travmasına görə dünyasını dəyişib.

 

Qapıçının dünyasını dəyişməsi barədə açıqlamanı komandanın baş məşqçisi Ayi Santoso verib.

Image result for Choirul Huda

Xəbər xətti