Öncə Qurban Qurbanov, sonra Dieqo Simeone

15:53 - 16 Oktyabr 2017

Çempionlar Liqasının qrup mərhələsinin üçüncü oyunları çərçivəsində baş tutacaq "Qarabağ" - "Atletiko" (İspaniya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, oktyabrın 17-də baş məşqçimiz Qurban Qurbanov saat 13:30-da Bakı Olimpiya Stadionunda media mənsublarının önünə çıxacaq.
 

Komandanın son məşqi isə saat 19:00-da "Azərsun Arena"da baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
 

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone isə saat 17:15-da Bakı Olimpiya Stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. İspaniya təmsilçisinin son məşqi isə saat 18:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

Xəbər xətti