"Atletiko"nun futbolçusu: "Qarabağ"ı təzyiq altında saxlamalıyıq"

Sabah Çempionlar Liqasında “Qarabağ”la qarşılaşacaq “Atletiko”nun oyunçusu Tomas Partey təmsilçimizlə görüş barədə danışıb.

 

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Bakıya uçuş zamanı təyyarədə klubun saytına açıqlama verib:

 

"Qarabağ"la Bakıda oyunumuzun asan olmayacağını bilirik. Amma biz yolumuza davam etməli, çoxlu qol vurmalı və  qələbə qazanmalıyıq. Bu qarşılaşmada hər şeyi düzgün etməliyik. Uğurun açarı xırda detallardadır. Biz baş məşqçimizə qulaq asmalı, üstün oyun sərgiləməli, rəqibi təzyiq altında saxlamalı və hədəfimizə nail olmaq üçün çoxlu şans əldə etməliyik". 

 

Qeyd edək ki, sözügedən matç oktyabrın 18-i saat 20:00-da Bakı Olimpiya Stadionunda start götürəcək.

Tarix: 17 Oktyabr [10:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Noyabr 2017
19  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio